Şəhid Müşviq Abbasovun xatirəsinə cüdo turniri keçirilib
“Sərhədçi” İdman Mərkəzində şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan 16 yaşadək yeniyetmə cüdoçular arasında “Qəbələ” idman klubunun açıq turnir keçirilib.
BrendSport.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə 21 klub, cəmiyyət və idman təşkilatından olan 167 cüdoçu medallar uğrunda mübarizə aparıb. Səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşviq Qabil oğlu Abbasov Vətən müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Müşviq Abbasov ölümündən sonra “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Facebook-da paylaş