Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın daha üç güləşçisi finala yüksəlib



Azərbaycanın daha üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0.

O, daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. N.Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İdmançı həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşacaq.

Həsrət Cəfərov (67 kiloqram) 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də şans tanımayıb – 13:4. H.Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabı ilə qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparacaq.

Ülvü Qənizadə (72 kiloqram) gürcüstanlı Giorgi Çxikvadzeni minimal fərqlə (2:1) üstələyib. O, fransalı Mamadassa Sillanı isə 4:3 hesabı ilə xalçadan məyus yola salıb. Ü. Qənizadə Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:3. Ülvü titulunu qorumaq üçün finalda Selçuk Canı məğlub etməyə çalışacaq.

Rafiq Hüseynov (82 kiloqram) 1/8 finalda türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün idmançımız sabah təsəlliverici görüşə çıxacaq. O, gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.

Murad Əhmədiyev (97 kiloqram) isə debütdə hollandiyalı Tiron Sterkenburqa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş