Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub



Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub.

“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda ölkəmiz 11 çəki dərəcəsində 16 cüdoçu ilə (12 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq.

Sentyabrın 11-13-də keçiriləcək “Böyük Dəbilqə”nin ilk yarış günündə təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 19:00-da start götürəcək.

Qadınlar

48 kiloqram, 1/16 final

Könül Əliyeva – Mariya Sequnda (Anqola)

52 kiloqram, 1/16 final

Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)

70 kiloqram, 1/16 final

Südabə Ağayeva – Tais Pina (Portuqaliya)

+78 kiloqram, 1/16 final

Madina Kaisinova – Qabriyel Buvye (Belçika)

Kişilər

60 kiloqram, 1/32 final

Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)

60 kiloqram, 1/16 final

Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)

66 kiloqram, 1/16 final

Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)

Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə

73 kiloqram, 1/32 final

Kamran Süleymanov – Natan Kadinyan (Fransa)

Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)

81 kiloqram, 1/32 final

Hidayət Heydərov – Benedek Tot (Macarıstan)

Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)

90 kiloqram, 1/16 final

Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə

100 kiloqram, 1/16 final

Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə

+100 kiloqram, 1/16 final

Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)

Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya).


Facebook-da paylaş

Xəbəri paylaş