Əsas Səhifə > Ölkə idmanı > “Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olubBu gün, 18:30 |
![]() Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub. “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda ölkəmiz 11 çəki dərəcəsində 16 cüdoçu ilə (12 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq. Sentyabrın 11-13-də keçiriləcək “Böyük Dəbilqə”nin ilk yarış günündə təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 19:00-da start götürəcək. Qadınlar 48 kiloqram, 1/16 final Könül Əliyeva – Mariya Sequnda (Anqola) 52 kiloqram, 1/16 final Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya) 70 kiloqram, 1/16 final Südabə Ağayeva – Tais Pina (Portuqaliya) +78 kiloqram, 1/16 final Madina Kaisinova – Qabriyel Buvye (Belçika) Kişilər 60 kiloqram, 1/32 final Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan) 60 kiloqram, 1/16 final Murad Muradlı – Vahe Ağasyan (Ermənistan) 66 kiloqram, 1/16 final Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT) Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə 73 kiloqram, 1/32 final Kamran Süleymanov – Natan Kadinyan (Fransa) Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa) 81 kiloqram, 1/32 final Hidayət Heydərov – Benedek Tot (Macarıstan) Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr) 90 kiloqram, 1/16 final Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə 100 kiloqram, 1/16 final Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə +100 kiloqram, 1/16 final Camal Qamzatxanov – İqor Vraçar (Serbiya) Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya). Geri qayıt |