Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında mübarizə aparacaqlar

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında qüvvələrini sınayacaqlar.
BrendSport.az xəbər verir ki, ölkəmizi bu yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə təmsil edəcəklər.
İdmançılarımız seçmə komandanın baş məşqçiləri Fərhad İsmayılov və Mixail Timofeyevin rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.
Facebook-da paylaş





















