Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib



Azərbaycanın 3 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

BrendSport.az
xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) 1/4 finalda öz rəqiblərinə qalib gəliblər.

Ruslan Nurullayev (72 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə həmin mərhələdə uduzublar. Onların məğlub olduqları rəqiblər finala çıxsalar, güləşçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edəcəklər.

Bu gün, həmçinin Rəşad Məmmədov (55 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) bürünc medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş