Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib
Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edibBu gün, 19:35 |
![]() Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib. BrendSport.az xəbər verir ki, son çempion "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarını 12-yə çatdıran Gəncə təmsilçisi 10-cu pilləyə yüksəlib. Ağdam klubu isə 36 xalla ikinci yerdə qərarlaşıb. Günün ilk matçında "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabər qalıb. Tura yanvarın 25-də yekun vurulacaq. Geri qayıt |