Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki, 73 kiloqram çəkidə çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə ispaniyalı Anton Şuxaliyevə qalib gəlib.
Qeyd edək ki, ötən gün Turan Bayramov (66 kiloqram) gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
AZƏRTAC
Facebook-da paylaş





















