Böyük Dəbilqə: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal əldə edib
Azərbaycanın iki cüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb.
BrendSport.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yaponiyalı Soişi Haşimotonu məğlub edib.
81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev isə üçüncü yer uğrunda görüşdə Tacikistan təmsilçisi Somon Maxmadbekov üzərində qələbə qazanaraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev (73 kiloqram), Səid Mollayi (81 kiloqram), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Azərbaycan millisi Böyük Dəbilqə turnirində 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.
Facebook-da paylaş