Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hidayət Heydərov Azərbaycan cüdosunun tarixinə düşüb



Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atıb.

BrendSport.az
xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu olub.

O, finalda yaponiyalı Soişi Haşimotoya qalib gəlib. Bununla da Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Dövlət Himnimiz səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın digər cüdoçusu Zelim Tçkayev (81 kiloqram) isə Böyük Dəbilqə turnirində üçüncü yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş