Cüdoçularımız “Böyük dəbilqə” turnirində iki medal qazanıblar
Azərbaycan cüdoçuları Antalyada “Böyük dəbilqə” turnirinin ikinci gününü iki medalla başa vurublar.
BrendSport.az xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Səid Mollayi finalda belçikalı idmançı Matias Kasse ilə qarşılaşıb. Rəqibinə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlinib.
Millimizin üzvü Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə edib. H.Heydərov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanovla qarşılaşıb. N.Osmanov isə yarışı beşinci yerdə başa vurub.
Bu gün yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparır.
Facebook-da paylaş