Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub



Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

BrendSport.az
xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl medal qazanıb.

Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada üçüncü yeri tutub.

Bu gün, həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş