Əsas Səhifə > Maraq > İslamiadanın bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
İslamiadanın bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşibBu gün, 13:34 |
![]() Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib. BrendSport.az xəbər verir ki, tədbirdə üçrəngli Bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma üzrə millinin üzvü Səbinə Kərimova daşıyacaqlar. PNU stadionunda gerçəkləşəcək mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 55 medal var. Onlardan 8-i qızıl, 18-i gümüş, 29-u isə bürünc mükafatlardır. İdmançılarımız Oyunların son günündə 3 növdə (ciu-citsu, parapauerliftinq və sərbəst güləş) mübarizə aparırlar. Geri qayıt |