Hakimi təhqir edən "Sabah"ın futbolçusunun cəzası açıqlanıb
AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Boyan Letiçi ikisi şərti olmaqla 4 oyunluq cəzalandırıb.
BrendSport.az xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin "Səbail"lə heç-heçə (2:2) etdikləri Premyer Liqanın VIII turunun oyununun 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alması səbəb olub.
Paytaxt təmsilçisi serbiyalı legionerə görə 3000 manat cərimələnib. Letiçə 3 ay sınaq müddəti təyin edilib.
Bundan əlavə, hər iki klub futbolçuları sözügedən matçda 4 sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.
Facebook-da paylaş