“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırılıb
“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.
BrendSport.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununa təsadüf edib.
2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.
Facebook-da paylaş