Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Turan Tovuz”un futbolçusu rəqib oyunçuları təhqir etdiyi üçün cəzalandırılıb



“Turan Tovuz”un futbolçusu Kamal Bayramov Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyun bitdikdən sonra rəqib oyunçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
BrendSport.az xəbər verir ki, AFFA İntizam Komitəsi qapıçının bu hərəkətinə görə, kluba 1600 manat cərimə tətbiq edib.

Görüşün ardından təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan tovuzluların müdafiəçisi Tərlan Quliyev isə 2 oyunluq cəza alıb, klubunu 1600 manat ziyana salıb.

Bundan başqa, “Turan Tovuz”un gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyindən, 1 oyun cəza ilə üzləşib. Bu, tovuzluların 200 manatlıq cərimə olunması ilə nəticələnib.

Həmçinin, futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozan “Turan Tovuz” daha 200 manatlıq cərimə ilə üzləşib.

“Kəpəz” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.


Facebook-da paylaş

Xəbəri paylaş