Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA klublarımızı cərimələdi



BrendSport.az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

 

“Şamaxı” oyununda “Kəpəz” klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilib.

“Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib. Bundan əlavə “Neftçi”yə oyundan əvvəl meydançanın vaxtında sulanmamasına görə xəbərdarlıq edilib.

“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. 

“Sabah” klubunun texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib. Həmçinin “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş