Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırılıb

“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırılıb


19-09-2023, 13:15


“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

BrendSport.az
xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununa təsadüf edib.

2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.
Geri qayıt