Əsas Səhifə > Milli komandalar > Azərbaycanın iki boksçusu Dünya Kubokunun final mərhələsində çıxış edəcək
Azərbaycanın iki boksçusu Dünya Kubokunun final mərhələsində çıxış edəcəkBu gün, 18:00 |
![]() Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya Kubokunun final mərhələsi start götürəcək. BrendSport.az xəbər verir ki, 6 gün davam edəcək yarışda milli komandamız 2 idmançı ilə təmsil olunacaq. Rinqə Nəbi İsgəndərovla (70 kiloqram) Məhəmməd Abdullayev (+90 kiloqram) çıxacaqlar. “World Boxing”in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib. Qeyd edək ki, Azərbaycan boksçuları Dünya Kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplanışına qatılıb. Geri qayıt |