Əsas Səhifə > Maraq > FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyibBu gün, 14:42 |
![]() FIFA milli komandaların reytinq cədvəlini yeniləyib. BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1138,96 xalla bir pillə geriləyərək 127-ci sıraya enib. Qeyd edək ki, reytinqə 2011,57 xalla son dünya çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Argentina (1972,80), üçüncü pillədə isə Fransa (1958,86) yer alıb. Geri qayıt |