Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib



Bu gün dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaq bizim üçün böyük şərəfdir. Cüdo yalnız tatami üzərindəki mübarizə deyil, həmçinin özünənizam, cəsarət və dostluq fəlsəfəsidir.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının açılış mərasimi zamanı deyib.

O bildirib ki, illər əvvəl ölkəmiz cüdo vasitəsilə həyat tərzini zənginləşdirmək, gənclər arasında həm fiziki, həm də mənəvi cəhətdən sağlam və güclü nəsil yetişdirmək arzusu ilə böyük bir yola çıxdı: “Bu gün həmin arzuların reallığa çevrildiyini, ölkəmizdə idmana, xüsusən də bütün bu nailiyyətlərin təməli olan cüdonun inkişafına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu görmək sonsuz qürur mənbəyidir. Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi daimi dəstək sayəsində ölkəmiz bu gün böyük dünya yarışlarına ev sahibliyi edən, qonaqpərvərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib. Bu uğur hekayəsinin vacib bir hissəsi də beynəlxalq əməkdaşlıqdır. Bakıya növbəti dəfə dünya çempionatına ev sahibliyi etmək etimadını göstərdiyinə görə Beynəlxalq Cüdo Federasiyasına və şəxsən cənab Marius Vizerə dərin təşəkkürümüzü bildiririk. İllər ərzində formalaşmış sıx tərəfdaşlığımız, qarşılıqlı inamımız və birgə layihələrimiz cüdonun yalnız bir idman növü kimi deyil, həm də cəmiyyət tərəfindən mənimsənilən bir həyat fəlsəfəsi kimi inkişafına əvəzsiz töhfə verib”.

R.Nəbiyevin sözlərinə görə, əsas məqsəd odur ki, cüdo zalına qədəm qoyan hər bir uşaq yalnız gələcəyin çempionu deyil, ilk növbədə cəmiyyətimizin ləyaqətli vətəndaşına çevrilsin: “Bu fəlsəfə dövlətimizin gənclər və idman siyasətinin təməlində dayanır. Əziz idmançılar və məşqçilər, önümüzdəki günlərdə siz yalnız çempionluq titulu uğrunda deyil, həm də cüdonun aliliyini və nəcibliyini nümayiş etdirmək üçün mübarizə aparacaqsınız. Sizin hər birinizə ədalətli mübarizə, yüksək idman ruhu və Bakıda unudulmaz anlar arzulayıram”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş