17-22 iyun tarixlərində Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalar arasında dünya çempionatı keçiriləcək

Azərbaycanı yarışda “Odlar Yurdu” komandası təmsil edəcək.
BrendSport.az xəbər verir ki, “Odlar Yurdu” komandasına dəvət olunan şahmatçılarla sizi tanış edirik: Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov. Rauf Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək.
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova dünya çempionatında baş hakimin müavini olacaq.
Qeyd edək ki, qaydalara əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidi.
Facebook-da paylaş





















