Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblarBu gün, 13:43 |
![]() Azərbaycan Karate Federasiyasının Kyokuşin (kay) Senşi üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar. BrendSport.az xəbər verir ki, oktyabrın 24-25-də təşkil olunan qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib olublar. Yarışda U-18 yaş qrupunda +60 kiloqram çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adını qazanıb. U-21 yaş kateqoriyasında +80 kiloqram çəki dərəcəsində çıxış edən Cəmil Kazımlı gümüş, böyüklər arasında 70 kiloqram çəki dərəcəsində yarışan Sahil Musazadə isə bürünc medala layiq görülüb. Geri qayıt |