“Azərreyl” voleybol üzrə Çempionlar Liqasında mübarizəyə başlayır

Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, son ölkə çempionu təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.
İlk oyun oktyabrın 23-də Bakıda keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Facebook-da paylaş
