Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların cədvəli açıqlanıb



Qadın və kişi voleybolçuların Yüksək Liqasında keçiriləcək növbəti oyunların vaxtı bəlli olub.

BrendSport.az
xəbər verir ki, qadınların çempionatına fevralın 13-də “Azərreyl” – “Murov Az Terminal” matçı ilə start veriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 17:00-da başlayacaq. Fevralın 14-də isə eyni məkanda “Milli Aviasiya Akademiyası” və “Abşeron” kollektivləri üz-üzə gələcəklər. Oyun saat 15:00-da start götürəcək.

Tura fevralın 17-də keçiriləcək UNEC – “Gəncə” matçı ilə yekun vurulacaq. Görüş UNEC-in İdman Zalında saat 15:00-da təşkil olunacaq.

Kişi voleybolçuların mübarizəsində isə fevralın 15-i saat 16:00-da çempionluğa iddialı “Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal”ı qəbul edəcək.

Günün digər qarşılaşmasında autsayder MOİK “Murov Az Terminal”ın idman zalında “Neftçi” ilə görüşəcək. Oyun saat 18:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş