Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şuşanın voleybol komandası avrokubokda mübarizəyə başlayır




Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu avrokubokda mübarizəyə başlayır.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi Çağırış Kubokunda təmsil edən “Xarı Bülbül Şuşa” 1/32 final mərhələsində Slovakiyanın “TJ Spartak MYJAVA” komandası ilə üz-üzə gələcək. Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki oyunda təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək

Qeyd edək ki, hər iki qarşılaşma saat 18:00-da başlayacaq.

25.10.2023

18:00 “Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA”

26.10.2023

18:00 “TJ SPARTAK MYJAVA”- “Xarı Bülbül Şuşa”

Ünvan: GİN-in Voleybol Mərkəzi

Voleybol Mərkəzinə Giriş sərbəstdir


Facebook-da paylaş

Xəbəri paylaş