Əsas Səhifə > Ölkə idmanı > “Azərreyl” voleybol üzrə Çempionlar Liqasında mübarizəyə başlayır

“Azərreyl” voleybol üzrə Çempionlar Liqasında mübarizəyə başlayır


Dünən, 14:21


Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, son ölkə çempionu təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.

İlk oyun oktyabrın 23-də Bakıda keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Geri qayıt