Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi və qadın voleybolçuların Yüksək Liqasında növbəti turun cədvəli məlum olub



Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı məlum olub.

BrendSport.az
xəbər verir ki, fevralın 20-də qadın voleybolçuların çempionatında XIV tura start veriləcək. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Murov Az Terminal” bu mövsüm qələbəyə həsrət qalan UNEC-lə qarşılaşacaq. UNEC-in idman zalında reallaşacaq görüş saat 18:00-da başlayacaq.

Eyni gündə və saatda “Abşeron” Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Gəncə”ni qəbul edəcək.

Tura fevralın 21-də “Milli Aviasiya Akademiyası” – “Azərreyl” matçı ilə yekun vurulacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da səslənəcək.

Kişi voleybolçuların Yüksək Liqasında isə fevralın 21-də “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.

Bir gün sonra eyni saatda “Azərreyl” MOİK-i “Murov Az Terminal”ın idman zalında sınağa çəkəcək.


Facebook-da paylaş

Xəbəri paylaş