Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yüksək Liqa: “Abşeron” debütantı məğlub edib



Qadın voleybolçuların Yüksək Liqasında XIII turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün yeganə qarşılaşması “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları arasında baş tutub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matç nominal qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran “Abşeron” 3-cü sırada qərarlaşıb. Debütant “Milli Aviasiya Akademiyası” isə 10 xalla beşinci pillədə yer alıb.

Turnir cədvəlinə açılış oyununda “Murov Az Terminal”a 3:1 hesabı ilə qalib gələn son çempion “Azərreyl” (33 xal) başçılıq edir.

Qeyd edək ki, XIII tura fevralın 17-də keçiriləcək UNEC–“Gəncə” görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş