Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə başa vurub
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, VII turun açılış matçında “Azərreyl” və “Gəncə” klubları qarşılaşıblar. Cengiz Akarçeşmenin başçılıq etdiyi komandanın üstünlüyü ilə keçən görüşdə bakılılar 3:0 hesablı qələbə qazanıblar.
Günün ikinci, ilin isə son matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Üç set davam edən matçda ilk hissədən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyü sonadək qoruyub və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 7 turdan sonra “Azərreyl” 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Abşeron” ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.
Facebook-da paylaş