“Murov” turnir cədvəlində liderliyini davam etdirir
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Voleybol Mərkəzində təşkil edilən VIII turun ilk matçı “Neftçi” və “Xarıbülbül” komandaları arasında olub.
BrendSport.az xəbər verir ki, günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:22, 25:20, 25:18).
Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb.
Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0.
Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Facebook-da paylaş