Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Yüksək Liqasında “Xarıbülbül” komandası “Neftçi”yə qalib gəlib

Azərbaycan Yüksək Liqasında “Xarıbülbül” komandası “Neftçi”yə qalib gəlib


Yanvarın 31-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarıbülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20.
Turun və birinci dövrənin son matçından sonra “Murov” doqquz xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarıbülbül” 6 xalla ikinci, hesabında üç xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.


Facebook-da paylaş

Xəbəri paylaş