Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yüksək Liqa: “Azərreyl” komandası “Murov Az Terminal”a qalib gələrək liderliyini qoruyub



Fevralın 13-də qadın voleybolçuların Yüksək Liqasında XIII tura start verilib.

BrendSport.az
xəbər verir ki, günün yeganə oyununda “Azərreyl" və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma "dəmiryolçular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran “Azərreyl" liderliyini qoruyub. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 14-də və 17-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş