Əsas Səhifə > Maraq > Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklərBu gün, 11:00 |
![]() Bu gün Azərbaycanın üç basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarına çıxacaq. BrendSport.az xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək. Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb. “LANDAU Lions” 7 xalla qrupda sonuncu – 6-cı yerdədir. Digər təmsilçimiz “Gəncə” komandası C qrupunun VII turunda Yunanıstanda “Kolossos” klubunun qonağı olacaq. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda cəmi bir qələbə qazanıb və 6 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb. “Neftçi” basketbol komandası da bu gün meydana çıxacaq. “Ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk 6 qarşılaşmada bir qələbə qazanan “Neftçi” 7 xalla qrupda sonuncu pillədə qərarlaşıb. Geri qayıt |