Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın iki boksçusu 1/4 finala yüksəlib



Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günündə milli komandanın daha 3 üzvü mərhələ adlayıb.

Nihat Qasımov (48 kiloqram) 1/16 finalda Vaxtanq Jamkoçyanla (Rusiya) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. N.Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Fransislə (İngiltərə) üz-üzə gələcək.

Rza Rzayev də qitə çempionatına qələbə ilə başlayıb. 70 kiloqramda mübarizə aparan milli üzvü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşündə italiyalı Tiberio Nokadellonu sınağa çəkəcək.

Səftər Məmmədzadə (+80 kiloqram) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü yoxlayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.

Qeyd edək ki, Avropa çempionatına iyunun 30-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş