Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki boksçumuz dünya çempionatında mərhələ adlayıb

İki boksçumuz dünya çempionatında mərhələ adlayıb

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub.
BrendSport.az xəbər verir ki, Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.
Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, ikinci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.
Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın üçüncü günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş