Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. Bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

BrendSport.az
Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə Ümid Rüstəmov (57 kq) və Eldar Quliyev (92 kq) rinqə çıxacaqlar.
1/32 final
Ümid Rüstəmov (57 kq) – Suleyman Samqhouli (Mərakeş)
Malik Həsənov (63,5 kq) – R.İge (Nigeriya)
Sərxan Əliyev (71 kq) – Dev Nişant (Hindistan)
Mirşərif Kazımzadə (75 kq) – Edvin Ovuor (Keniya)
Murad Allahverdiyev (80 kq) – Şabbos Neqmatullayev (Tacikistan)
Eldar Quliyev (92 kq) – Ahmad Alteymat (İordaniya)
1/16 final
Tural Sarıyev (48 kq) – Al-Jaleel Jokhu (Trinidad və Tobaqo)
Məsud Yusifzadə (51 kq) – Maykl Trindad (Braziliya) - Sehyonq Jo (Cənubi Koreya) cütünün qalibi
Nicat Hüseynov (54 kq) – P.Hsu (Tayvan)
Tayfur Əliyev (60 kq) – Mirzohid İmamnazarov (Qırğızıstan)
Nəbi İsgəndərov (67 kq) – Ali Habibinejad (İran)
Məhəmməd Abdullayev (+92 kq) – Taeunq Ju (Cənubi Koreya)
1/8 final
Alfonso Dominqes (86 kq) – Kalpana Çoudhari (Hindistan) - Bill Makallister (Avstraliya) görüşünün güclüsü.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar əldə edəcəklər. İkinci yerin sahibləri 100, üçüncü pillənin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş