Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi: “Medal sayında rekord qırsam, xoşbəxt olaram”


“Medal sayında rekord qırsam, xoşbəxt olaram. Komanda olaraq bunun üçün çalışırıq”.

BrendSport.az
xəbər verir ki, Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Pedro Roke deyib.

Təcrübəli mütəxəssis mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığı və şansları dəyərləndirib. O bildirib ki, komanda yaxşı formadadır: “Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Hazırlıqlar boksçularımızın təcrübə toplaması, lazımi formanı yığması baxımından faydalı olub. Bakıya ötən ilin iyununda gəlmişəm. Gələn kimi boksçuların axtarışında olduq. Sentyabrdan təlim-məşq toplanışlarına başladıq. İndiyədək ölkə xaricində 4 hazırlıq keçmişik. İlk toplanışımız ABŞ-da oldu. Ardınca İspaniya, Qazaxıstan və Bolqarıstanda hazırlıq keçdik. Bunların hər biri çox yüksək səviyyədə oldu. Toplanışlara güclü komandalar və boksçular gəlmişdilər. İştirak etdiyimiz beynəlxalq turnirlərdə 35 medal əldə etmişik. Bunlardan 15-nin əyarı qızıl olub. Artıq hazırlığımız başa çatıb. Bu səviyyəyə çatmaq üçün çox güc sərf etmişik”.

Roke mundialda bokssevərlərə sevinc bəxş edəcəklərinə inam ifadə edib: “Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilir. Onlar təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik”.

Baş məşqçi dünya çempionatının asan keçməyəcəyini qeyd edib: “Mundialda Kuba, Özbəkistan, Qazaxıstan, Rusiya kimi güclü boks ənənələri olan ölkələr iştirak edəcəklər. Düzdür, ABŞ, İngiltərə və bir neçə komanda Daşkəndə getməyəcəklər. Amma digər ölkələrdə bəzi çəkilərdə çox güclü boksçular var. Azərbaycan komandası da çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik”.

Roke bildirib ki, yarışda Azərbaycan üçün yeni rekord vurmaq arzusundadır: “Həmişə qarşıma hədəflər qoyuram. Mundialda Azərbaycan millisinin medal sayındakı rekordu 4 medaldır. Onu mən komandaya rəhbərlik etdiyim zaman Dohada bacarmışdıq. Medal sayında yenidən rekord vursam, çox xoşbəxt olaram. Bunun üçün də komanda olaraq çalışırıq. 10 aydır ailəmdən uzaqdayam. Onlar ABŞ-da yaşayırlar. Bəzən zəng edib soruşurlar ki, bizi görməyə gəlməyəcəksən? Bildirirəm ki, mənim ailəm Azərbaycan boksudur. Onlar bunu başa düşürlər. İrəli getmək üçün həmişə dəstək verirlər. Çünki medallar çəkdiyin əziyyətin qazancıdır”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq.


Facebook-da paylaş

Xəbəri paylaş