Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc boksçuların Avropa çempionatına hazırlığı ilə bağlı təlim-məşq toplanışı keçirilir

Gənc boksçuların Avropa çempionatına hazırlığı ilə bağlı təlim-məşq toplanışı keçirilir


Gənc boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, əsas yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında məşqlərə cəlb olunan 22 yaşadək gənclərdən ibarət komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə iki dəfə məşq edən yığmamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Toplanış iki həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş