Qadın güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialda qadınlardan ibarət millimizin bir neçə üzvü də iştirak edəcək.
BrendSport.az xəbər verir ki, hazırda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Bakıda təlim-məşq toplanışı keçir.
Olimpiya Güləş Mərkəzində baş tutan məşqlər həftədə 6 dəfə olmaqla keçirilir. Məşqçilər korpusunun tərtib etdiyi proqrama əsasən, həftənin 3 günü gündəlik 2 məşq, digər 3 günündə isə 1 məşq reallaşır. Dünya çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı oktyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, Osloda qadın güləşçilərin mübarizəsi oktyabrın 4-7-də baş tutacaq.
Facebook-da paylaş