Azərbaycanı Avropa çempionatında təmsil edəcək yeniyetmə boksçular açıqlanıb
İyunun 23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa çempionatı start götürəcək.
BrendSport.az xəbər verir ki, 8 gün davam edəcək yarışda milli komandamız da mübarizə aparacaq.
Oğlanlardan ibarət yığmanın heyətində Ayxan Həsənov (46 kiloqram), Nihat Qasımov (48 kiloqram), Zakir Həsənzadə (50 kiloqram), Əli Baxışov (52 kiloqram), Şahin Aslanov (57 kiloqram), Vüsal Xəlilov (60 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Adil Zalov (66 kiloqram), Rza Rzayev (70 kiloqram), İsmayıl Vəliyev (75 kiloqram), Əli Məmişov (80 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) mübarizə aparacaqlar.
Qızlardan ibarət millinin tərkibində isə Banuçiçək Nəsirli (46 kiloqram), Aylin Nəzərova (48 kiloqram), Aysun Mikayılova (50 kiloqram), Əminə Tağı (52 kiloqram), Mədinə Məmmədova (57 kiloqram) və Dəniz Babayeva (63 kiloqram) rinqə çıxacaqlar.
Yarışda beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, Sarayevoya bu gün yollanan milli komanda iyulun 1-də Bakıya qayıdacaq.
Facebook-da paylaş