Azərbaycan təmsilçiləri FIBA Avropa Kubokunda üz-üzə gələcəklər

Azərbaycan təmsilçiləri “Abşeron Lions” və “Neftçi” bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.
BrendSport.az xəbər verir ki, I qrupunda mübarizə aparan komandalar bir-biri ilə üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq matç saat 19:00-da start götürəcək.
Bu kollektivlər arasında ilk qarşılaşma “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, aktivində 8 xalı olan “Neftçi” ikinci, 6 xala malik “Abşeron Lions” isə sonuncu - dördüncü sırada yer alıb.
Facebook-da paylaş





















