Əsas Səhifə > Maraq > Azərbaycan təmsilçiləri FIBA Avropa Kubokunda üz-üzə gələcəklər
Azərbaycan təmsilçiləri FIBA Avropa Kubokunda üz-üzə gələcəklərBu gün, 12:00 |
![]() Azərbaycan təmsilçiləri “Abşeron Lions” və “Neftçi” bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər. BrendSport.az xəbər verir ki, I qrupunda mübarizə aparan komandalar bir-biri ilə üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq matç saat 19:00-da start götürəcək. Bu kollektivlər arasında ilk qarşılaşma “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, aktivində 8 xalı olan “Neftçi” ikinci, 6 xala malik “Abşeron Lions” isə sonuncu - dördüncü sırada yer alıb. Geri qayıt |