Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür



Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürəcək.

BrendSport.az
xəbər verir ki, açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.


Facebook-da paylaş

Xəbəri paylaş