Əsas Səhifə > Maraq > Avropa Kuboku: Azərbaycan klubunun basketbolçusu turun oyunçusu seçilib

Avropa Kuboku: Azərbaycan klubunun basketbolçusu turun oyunçusu seçilib


Dünən, 12:22


"LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda VI turun ən yaxşı oyunçusu seçilib.

BrendSport.az
xəbər verir ki, o, İsveçrədə yerli "Cenevrə Lions” komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.

Xatırladaq ki, Bakı təmsilçisi bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.

Geri qayıt