Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir: “Bu il Azərbaycan idmanında yeni adlar kəşf olundu”


“Bu il Azərbaycan idmanında yeni adlar kəşf olundu. Yeniyetmə və gənclərimiz dünya, həmçinin Avropa çempionatlarında uğurlu çıxış etdilər”.

BrendSport.az
xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının 2023-cü ilin yekunlarına həsr edilmiş tədbirindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir 2023-cü ili Azərbaycan idmanı üçün uğurlu adlandırıb: “Azərbaycanda da bu il çoxsaylı yarışlar keçirildi. Onların əksəriyyəti beynəlxalq turnirlər idi. Şahmat üzrə Dünya Kuboku ölkəmizdə təşkil olundu. Çox maraqlı mübarizə oldu, azarkeş marağı böyük idi. Təkcə Bakıda deyil, rayonlarda da yarışlar, tədbirlər keçirildi. İdmançılarımız həm Avropa çempionatlarından, həm də dünya yaş qrupları çempionatından medallarla qayıtdılar. Təbii ki, dövlətin dəstəyi olmadan bu nailiyyətləri qazanmaq mümkün deyildi. Ölkə başçımızın idmana, xüsusən də şahmata qayğısı sayəsində Azərbaycan bu il uğurlu nəticələr əldə edib. Qazanılan uğurlara hamımız sevinirik”.


Facebook-da paylaş

Xəbəri paylaş