Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” klubu İspaniya çempionu olub

“Barselona” klubu İspaniya çempionu olub


“Barselona” futbol klubu İspaniya çempionu olub.
BrendSport.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın bitməsinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espaniol”u 4:2 hesabı məğlub edərək xallarının sayını 85-ə çatdırıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Real Madrid”in hesabında 71 xal var.
“Barselona” klubunun yarımmüdafiəçisi Serxio Buskets Kataloniya təmsilçisinin heyətində 32-ci titulunu qazanıb. Futbolçu 9 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və Superkubok yarışlarının qalibi olub. Üç dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında baş mükafata sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş