Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya La Liqası: “Real Madrid” komandası “Barselona” ilə qarşılaşacaq

İspaniya La Liqası: “Real Madrid” komandası “Barselona” ilə qarşılaşacaq


Martın 20-də futbol üzrə İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.
BrendSport.az xəbər verir, "Santyaqo Bernabeu"dakı XXIX tur oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Kral klubu" 28 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 51 xalla 4-cü pillədə qərarlaşıb. Görüşü FIFA referisi Xuan Martines Munuera idarə edəcək.
İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 248 "El Klasiko"nun 100-də meydan sahibləri, 96-da qonaqlar qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib. La Liqa qarşılaşmalarında da "Real Madrid"in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.
"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Serxio Ramos və Lionel Messidir. Fransanın "Paris Sen-Jermen" klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.


Facebook-da paylaş

Xəbəri paylaş