Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” klubunun borcu 1,173 milyard avro təşkil edir

“Barselona” klubunun borcu 1,173 milyard avro təşkil edir


İspaniyanın “Barselona” klubu rəsmi səhifəsində “Deloitte” şirkətinin sifarişi ilə keçirdiyi maliyyə auditinin nəticələrini açıqlayıb.
BrendSport.az xəbər verir ki, Kataloniya təmsilçisinin borcu 1,173 milyard avro təşkil edir. “Barselona”nın məvacib fondu digər top-klublarla müqayisədə 40 faiz çoxdur.
Nəticələrə əsasən, “şübhəli xarakterli” maliyyə əməliyyatları da müəyyən edilib. Məsələn, klub yanlış əsaslandırılmış ödənişlər edib və şişirdilmiş məbləğlər ödəyib.
Qeyd edək ki, “Barselona” klubu cari mövsüm İspaniya La Liqasının 21-ci turdan sonra 35 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş