Əsas Səhifə > Dünya idmanı > “Barselona” tarixi rekordu təkrarlayıb
“Barselona” tarixi rekordu təkrarlayıbBu gün, 13:32 |
![]() “Barselona” 1923/1924-cü illər mövsümündən bəri ilk dəfə mövsümün ilk 10 rəsmi oyununda qələbə qazanıb. BrendSport.az xəbər verir ki, bu nəticə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda səfərdə Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb. Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gələn Kataloniya təmsilçisi bu qarşılaşmalarda 43 qol vurub, öz qapısında isə 9 top görüb. Qeyd edək ki, “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində də liderdir. Geri qayıt |